Komandamız
Peşəkarların komandası
Komandamız daşınmaz əmlak, korporativ maliyyələşmə və investisiya bankçılığı
və idarəçilik təcrübəsi zəngin insanlardan ibarətdir. Komanda üzvlərimiz ABŞ,
Azərbaycan, İngiltərə, Russiya və Türkiyədə fəaliyyət göstərir.
“Gələcəyini ehtimal etməyin ən yaxşı yolu onu yaratmaqdır.” – Abraham Lincoln
Nİyə ABŞ?
- ABŞ uzun illərdir ki, artıq ən stabil biznes mühitinə və investisiya ekosisteminə sahib ölkələrdən biri və birincisidir.
- ABŞ Avropa Birliyi kimi təhlükəsiz və dinamik iqtisadiyyata malik olsa da onun kimi həddindən artıq tənzimləyici və məhdudlaşdırıcı deyil.
- ABŞ Dolları dünya ticarət əməliyyatlarının 70%-də istifadə olunmaqla dünyanın ən çox tələb olunan valyutası, bir sözlə dünya valyutasıdır.
- Müəyyən şərtlər altında edilən investisiyalar sizə ABŞ-da yaşamaq və işləmək icazəsi almağa da kömək edəcəkdir.
- Bir sözlə bu, sizin gələcəyiniz üçün edə biləcəyiniz ən yaxşı investisiyadır.

Nİyə daşınmaz əmlak?
XƏG – Xalis Əməliyyat gəliri
Kirayə və digər mənbələrdən yığılan gəlir ilə təmir, kommunal xərclər, vergi və digər xərclərdən sonra qalan gəlir.
Kapital gəliri
Daşınmaz əmlakın qiymətinin bahalaşmasından yaranan gəlir. 1970-ci illərdə ABŞ-da Daşınmaz əmlaka edilmiş $20,000 investisiyanın indiki dəyəri $400,000-a bərabərdir.
Zəif volatillik
Əlavə maliyyələşmə olmadan daşınmaz əmlak investisiyası üzərində müflisləşmə riski sıfıra bərabərdir. 2008-ci il ABŞ krizisində Daşınmaz Əmlak bazarındakı 30%-lik düşüş cəmi 2 ildən sonra bərpa olundu və indi o vaxtki dəyərinin 4 qatıdır.

REİT Daşınmaz Əmlak İnvestİsİyası kİmİ
REIT daşınmaz əmlak mülkiyyətinə sahib, onu işlədən və ya maliyyələşdirən, və ondan gəlir qazanan şirkət növüdür. İnvestisiya fondları kimi modelləşdirilən REIT-lər hər bir investora dəyərli daşınmaz əmlak sahibi olmağa və cəmi gəlirlərdən dividend almağa imkan yaradır. Ümumilikdə bu investisiya alətləri pul gətirən kommersiya tipli və ya ipoteka kreditini dəstəkləyən proqramlara investisiya edir.

10 il ərzində REIT qazancı (Kapital gəliri və Xalis Əməliyyat gəlirləri)

REIT necə İşləyİr?
İdarəçilik şirkəti
Idarəçilik Şirkəti malliyələşmə, kirayəyə verilməsi, təmiri, mühasibatlığı və digər əməliyyatları idarə edir.
İdarə heyəti
İdarə heyəti qərarları verir, dividendləri paylayır və REIT-in fəaliyyətinə nəzarət edir.
Daşınmaz əmlak mülkiyyətçisi REIT
REIT özəl investorlara aid səhmdar cəmiyyəti formasında qurulmuş payları sərbəst alınıb satıla bilən bir şirkətdir. REIT daha az investisiya məbləği ilə daha böyük və gəlirli daşınmaz əmlaklara investisiya etməyin effektiv yoludur.

REIT özəllİklərİ
Şirkət tipləri
REIT-lər səhmdar cəmiyyət və ya MMC formasında yaradıla bilərlər. Səhmdar cəmiyyət olmaqları onlara daha çox maliyyələşmə imkanı verir.
REIT növləri
REIT-lər qapalı və ya açıq şirkət ola bilərlər. Açıq şirkətlər birjada listinqə də düşə bilərlər. Qapalı şirkətlərin isə volatilliyi daha azdır.
Gəlirlər
Maliyyələşmə olmadan REIT onun investoruna illik 4-5% ətrafında gəlirlilik yarada bilər. Düzgün maliyyələşmə nisbətləri ilə bu gəlirlilik illik 20%-ə qədər də qaldırıla bilər.
Risklər
Qapalı REIT-lər likvidlik riskinə məruzdur. REIT qurulan zaman investor pulunu 2 illik orada saxlamağı nəzərdə tutmalıdır. Daha sonra isə 6 ay öncədən xəbər etməklə paylarını geri satmağı tələb edə bilər.
Vergilər
REIT mənfəət vergisi vermir və yalnız şəxsi gəlir vergisinə tabedir. ABŞ-ın qeyri-rezidentləri isə ABŞ-dakı gəlirlərindən yalnız bəyannamə əsasında vergi verə bildikləri üçün effektiv olaraq vergi dərəcəsi 0%-dir.
Xidmət haqqlar
Birdəfəlik xidmət haqqı 4-5% arası dəyişir. İdarəetmə və əməliyyat xərcləri isə adətən illik 1-2% təşkil edir.
Xİdmət haqqı və xərclərİn strukturu
Şirkət tipləri
REIT-lər səhmdar cəmiyyət və ya MMC formasında yaradıla bilərlər. Səhmdar cəmiyyət olmaqları onlara daha çox maliyyələşmə imkanı verir.
REIT növləri
REIT-lər qapalı və ya açıq şirkət ola bilərlər. Açıq şirkətlər birjada listinqə də düşə bilərlər. Qapalı şirkətlərin isə volatilliyi daha azdır.
Gəlirlər
Maliyyələşmə olmadan REIT onun investoruna illik 4-5% ətrafında gəlirlilik yarada bilər. Düzgün maliyyələşmə nisbətləri ilə bu gəlirlilik illik 20%-ə qədər də qaldırıla bilər.
REIT-ə Necə İnvestİsİya etmək olar?
Qeydiyyata düşmək
Birinci edilməli olan yaradılacaq REIT-də iştirakınızı qeydiyyata almağınızdır. İnvestisiya edəcəyiniz minimum məbləğ qeydiyyatda göstərilməlidir. Daha sonra isə müqavilə və s. sənədlər imzalanacaqdır.
Vəsaiti yerləşdirmək
Pulu transit hesaba köçürmək və xidmət haqqlarını ödəmək. REIT payları qiymətli kağız sayıldığından REIT investisiyası üçün köçürəcəyiniz məbləğlər üçün Azərbaycanda heç bir məhdudiyyət tətbiq olunmamalıdır.
Təsdiq almaq
REIT qurulub pullar yatırım olunduqdan sonra biz sizə bunu təsdiqləyəcəyik və müvafiq məlumatları paylaşacağıq. REIT quruculuğu adətən 2-3 ay vaxt alır.